"Son günlər paytaxtda bir sıra siyasi qüvvələrin etiraz aksiyasına cəhd göstərməsi ölkədə seçkiqabağı sabitliyi pozmağa yönəlmiş addımdır".
Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Azərbaycanda növbədənkənar seçkiləri gözdən salmağa, seçkiqabağı ölkədə gərginlik yaratmağa hesablanmış addımın sifarişi Avropadan, oradakı anti-Azərbaycan qüvvələrdən gəlib:
"Zaman-zaman Azərbaycanda bu və ya digər seçkilər ərəfəsində ölkədə ictimai-siyasi sabitliyi pozmağa çalışıb, Azərbaycanda gərginlik yaratmağa səy göstəriblər. Ancaq sevindirici haldır ki, Azərbaycan xalqı heç vaxt həmin qüvvələrin alətinə çevrilməyib, onlara dəstək verməyib".
Mehman Mehdiyev