"Azərbaycan Avropadan total hücumlara məruz qalır. Məqsəd növbədənkənar prezident seçkiləri ərəfəsində ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirməkdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, bu hücumların arxasında isə Fransa və Almaniya dayanır:
"Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə fəaliyyəti, qətnamə qəbul etmək cəhdləri baş tutmadığı üçün indi də bu yolla Azərbaycandan qisas almağa çalışır".
Elvin Babayev deyib ki, bütün halda Azərbaycana qarşı hücumların heç nəticəsi olmayacaq.
Mehman Mehdiyev