"AŞPA-nın bu günə kimi onun sözünü eşitməyənlərə edə bildiyi yalnız səsvermə hüququnu dondurmaq olub. AŞPA-nın bundan başqa heç nəyə gücü çatmayıb. Dondurulan hüququn da bir müddətdən sonra donu açılıb, hər şey əvvəlki qaydasına düşüb".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, bu hələ Rusiyanın 90-cı illərin əvvəllərində Çeçenistanı darmadağın edəndə başlanılan adət idi:
"Sonralar bir neçə dəfə də bu sanksiyalar müxtəlif səbəblərdən təzələnir və yenidən əvvəlki duruma qayıdılırdı. Nəticə isə o oldu ki, Rusiya daha böyük işğala əl atdı. Ukraynaya hücum etdi. İndi belə bir qurumun Azərbaycanın haqlı mövqeyini öz riyakar oyunlarına alət eləmək üçün addımlar atması və ya hansısa sanksiyalarla hədələməsinin Azərbaycan üçün heç bir əhəmiyyəti və təhlükəsi yoxdur".
Politoloq hesab edir ki, bu gərginlik Azərbaycandan çox AŞPA-nın mövqeyinə zərbə vuracaq:
"Azərbaycan öz haqlı yolundan geri duran deyil. Bu, Azərbaycana hansı çətinlikləri gətirsə də. Odur ki, qarşılıqlı olaraq problemi, hesab olunan məsələləri danışıqlar yolu ilə həll etməyin vacibliyini qeyd etmək lazımdır".
Süleyman