Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan ordusunun geyimi NATO formasına uyğunlaşdırılacaq

Ermənistan ordusunun geyimi NATO formasına uyğunlaşdırılacaq


Ermənistan ordusunun forması NATO geyiminə uyğunlaşdırılacaq.

Newscenter.az news.am-a istinadən bildirir ki, bunu Ermənistan Milli Assambleyasının “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan deyib. Onun sözlərinə görə, Silahlı Qüvvələrin hazırda sıradan çıxmış kompleks, komplekt texnikasını dəyişdirmək Hökumətin və Müdafiə Nazirliyinin vəzifələri sırasındadır:

"2023-cü ilin yanvarında Silahlı Qüvvələrin hərbi geyim formasının dəyişdirilməsi planının təsdiqləndiyi rəsmən elan edilib. Büdcənin müzakirəsi zamanı məlum olub ki, bu istiqamətdə tam kompleks iş baş tutmayıb, tender keçirilməyib, təkliflər olmayıb. Nəticədə hökumətin “Ermənistan Respublikasının Silahlı Qüvvələri 2024-cü ildə yeni formalara sahib olacaq” vədi reallaşmayıb",-deyə Manukyan bildirib.

Manukyan buna baxmayaraq bu il ərzində Ermənistan Ordusunda geyimin NATO geyiminə uyğunlaşdırılmasını mümkün hesab edir.

Mehman Mehdiyev
Xəbəri paylaş