Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyevin prezident seçilməsi dövlətimiz, xalqımız üçün yeganə düzgün seçim olardı

İlham Əliyevin prezident seçilməsi dövlətimiz, xalqımız üçün yeganə düzgün seçim olardı


Növbədənkənar prezident seçkiləri yaxınlaşdıqca ölkədə seçki həyəcanı da artır. Gərgin seçki mübarizəsinin keçməsinə baxmayaraq ölkə əhalisinin mütləq əksəriyyəti hesab edir ki, bu seçkilərin favoriti və qalibi İlham Əliyevdir. Elə bunu İlham Əliyevin opponentləri də açıq şəkildə etiraf edirlər. Politoloq Teyyub Əliyev də məhz bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, ölkədəki seçkiöncəsi mühiti dəyərləndirən politoloq Teyyub Əliyev deyib ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərarın vaxtında və haqlı olaraq verildiyi qənaətinə gəlmək olar:

"Mübaliğəsiz demək olar ki, bu qərar dümənlərimizin ölkəmizə qarşı məkirli fikirlərinin alt-üst edilməsində mühüm rol oynayıb.

Məlumdur ki, prezident seçkilərində bir neçə namizəd iştirak edir. Onların hansı məqsədlə seçkilərə qoşulmasından asılı olmayaraq hamısına müvəffəqiyət arzulayıram. Ancaq, yəqin ki, onların hamısı 44 günlük Vətən Müharibəsinin və qısamüddətli antiterror əməliyyatının, dövlətimizin ərazi bütövlüyünün və süverenliyinin bərpasının memarı olan, xalqımızın mütləq əksəriyyətinin rəğbətini qazanmış İlham Əliyevin seçkinin favoriti olduğunu bilməmiş deyillər. Əminliklə demək olar ki, indiki şəraitdə İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi dövlətimiz, vətənimiz və xalqımız üçün yeganə düzgün seçim olardı və bunun belə olacağı heç bir şübhə doğurmur".

Politoloq deyib ki, Azərbaycanın uğurlarını həzm edə bilməyən düşmənlərimiz ölkəmizə qarşı məkirli fikirlərindən əl çəkmək istəmirlər:

"İndiki şəraitdə xalqımızın bədxaxlarımızın bu mənfur fikirlərini darmadağın edə biləcək bir liderə ehtiyacı vardır. Əminliklə demək olar ki, bu lider İlham Əliyevdir!".

Anar Əliyev
Xəbəri paylaş