Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MİT rəhbəri İraqa getdi

MİT rəhbəri İraqa getdi


Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İraqa səfər edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, İraqa səfəri çərçivəsində İbrahim Kalın İraq prezidenti Əbdüllatif Rəşid, İraqın baş naziri Məhəmməd Şiya Es-Sudani, şiə və sünni qruplarının nümayəndələri və türkmənlərlə görüşüb.

Keçirilən görüşlərdə terrorla mübarizə, terror təşkilatı PKK təhlükəsi və PKK ilə mübarizədə atıla biləcək ortaq addımlar, təhlükəsizlik sahəsində əməkdaşlıq, İŞİD-lə mübarizədə əməkdaşlığın davam etdirilməsi, inkişaf yolu layihəsi kimi mövzular müzakirə edilib. Görüşlərdə Qəzza məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

Anar TAĞIYEV
Xəbəri paylaş