Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbədənkənar prezident seçkiləri azad və demokratik şəraitdə baş tutacaq

Növbədənkənar prezident seçkiləri azad və demokratik şəraitdə  baş tutacaq


"İndiyı qədər seçkinin bütün mərhələlərində apardığımız müşahidələr, eləcə də prezidentliyə namizədlər və ya onların səlahiyyətli nümayəndələri ilə apardığımız söhbətlərdən məlum olub ki, növbədənkənar prezident seçkilərinin hər bir mərhələsi azad və demokratik, heç bir qanun pozuntusu olmadan keçib. Hazırda prezidentliyə namizədlər prosesin mühüm mərhələsindən biri olan təbliğat-təşviqat mərhələsindədirlər. Bu mərhələdə də bütün namizədlərə bərabər imkanlar, şərait yaradılıb".

Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan bildirilib ki, hər bir namizəd istər paytaxtda, istərsə də regionlarda seçicilərlə görüşlərin keçirilməsi məqsədilə ayrılmış müvafiq məkanlarda öz görüşlərini keçirə, platforması barədə vətəndaşları məlumatlandıra bilir:

"Bütün bu prosesləri nəzərdən keçirərək belə qənaətə gəlmək mümkündür ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri azad və demokratik şəraitdə, tam şəffaf baş tutacaq. Çünki bunun üçün bütün hüquqi baza yaradılıb və müvafiq addımlar atılıb".

Süleyman
Xəbəri paylaş