Pandemiyadan sonra əksər ölkələr kimi İrandan da Azərbaycana gələn turistlərin sayında azalma müşahidə edilib.
Newscenter.az ölkədə fəaliyyət göstərən turizm şirkətlərindən əldə etdiyi bilgilərə görə, buna bir neçə amil təsir göstərib. Ən başlıca səbəb pandemiyadan sonra quru sərhədlərinin bağlı qalması qeyd edilir. Eyni zamanda son illər Bakı ilə Tehran arasında münasibətlərdə müşahidə edilən sərinlik də qarşılıqlı səfərlərin, xüsusilə iranlı turistlərin Azərbaycana səfərlərinin azalmasına gətirib çıxarıb.
Bütün bunların göstəricisidir ki, 2019-cu ildə 239 min nəfər İrandan Azərbaycana səfər etmişdisə, 2022-ci ildə bu rəqəm 157 minə düşüb. 2023-cü ildə isə İrandan Azərbaycana səfər edənlərin sayı cəmi 148 min nəfər olub.
Mehman Mehdiyev