Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Turistlərin səyahət xərcləri artıb

Turistlərin səyahət xərcləri artıb


Türkiyədə daxili turistlərin xərcləri nəzərə çarpacaq dərəcədə artıb.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, 2023-cü ilin üçüncü rübündə yerli turistlərin səyahət xərclərinin məbləği 2022-ci ilin eyni dövrü ilə müqayisədə 79,9 faiz artaraq 113 milyard 996 milyon 644 min lirə olub. Bu xərclərin 102 milyard 242 milyon 978 min lirəsi ilə 89,7 faizi şəxsi xərclər, 10,3 faizi isə 11 milyard 753 milyon 665 min lirəsi ilə paket tur xərcləri olub.

Məlumata görə, keçən ilin üçüncü rübündə Türkiyə daxilində 19 milyon 467 min adam səyahət edib. Bir və ya daha çox gecələmə ilə ölkə daxilində edilən ümumi səfərlərin sayı, əvvəlki ilin eyni rübünə görə yüzdə 1,7 artaraq 23 milyon 780 minə çatdı.

Natiq Orucov
Xəbəri paylaş