Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalq indiyə qədər etimad göstərdiyi liderə səs verəcək

Xalq indiyə qədər etimad göstərdiyi liderə səs verəcək


“Ölkədə seçkiqabağı mühit bəzilərinin gözləntilərindən fərqlidir. Bir qayda olaraq bəziləri pafoslu danışıqları, seçkiyə kölgə salan açıqlamaları ilə kimlərinsə diqqətini özlərinə cəlb etmək istəyirlər. Ancaq bu taktika keçmişdə qalıb. Çünki müasir düşüncəyə malik insanlar tərəfindən həmin siyasi yanaşma, tərz, taktika qəbul olunmur”.

Bu fikirləri Newscenter.az-a “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov seçkiqabağı vəziyyəti dəyərləndirərkən səsləndirib. O bildirib ki, hazırda ölkədə seçki mühiti öz axarında, normal məcrada gedir:

“Kifayət qədər prezidentliyə namizəd var. Düzdür, siyasi təcrübəsi, bacarığına görə hazırkı dövlət başçısına ciddi rəqib ola biləcək namizədlər olmasa da, ancaq məhz normal seçki mühitinin gösəricisidir ki, onlar da bu mübarizəyə qoşulublar. Təbii ki, hər bir namizədə uğurlar arzulayırıq”.

Ramil Hüseynov onu da deyib ki, bu gün cəmiyyətin seçkilərdə hansı namizədə səs vermək, namizədlər arasında seçim etmək tərəddüdü yoxdur6

“Çünki xalqın seçimi artıq bəllidir. Düzdür, seçki başa çatmadan bunu söyləmək doğru deyil. Ancaq hazırkı durum ondan ibarətdir ki, xalq öz gələcəyinə, indiyə qədər etimad göstərdiyi liderə üstünlük verəcək. Məhz həmin lider bu günə qədər Azərbaycan xalqının etimadı ilə çox böyük, mütərəqqi işlər görüb, torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüzü bərpa edib. Ona görə də bu dəfə də Azərbaycan xalqı dövlətimizi davamlı olaraq uğurlara aparan, onu gün-gündən inkişaf etdirən bir liderə səs verəcək”.

Süleyman
Xəbəri paylaş