Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AŞPA, eləcə də digər dövlətlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər

AŞPA, eləcə də digər dövlətlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər


Təəssüf hissi ilə qeyd edək ki, Azərbaycan parlament nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti qeyri-müəyyən müddətə dayandırıldı. İkincinin qərəzli münasibəti və erməni maraqlarına xidmət edən fəaliyyəti səbəbindən Azərbaycan nümayəndə heyəti belə bir qərar vermək məcburiyyətində qaldı.

Newscenter.az-ın xəbərinə görə, məsələyə münasibət bildirən Milli Məclisin deputatı Jalə Əhmədova deyib ki, Avropa Şurası Parlament Assambleyasının iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini dərin təəssüf hissi ilə qarşılayıb. Millət vəkilinin sözlərinə görə, əslində ölkəmizə qarşı hər zaman qeyri-səmimi mövqe nümayiş etdirən AŞPA-dan belə bir ədalətsiz qərar verməsi gözlənilən idi:

"İnsan haqlarının "müdafiəçisi" və demokratiya carçısı olan bu qurum 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində azərbaycanlı qaçqın və məcburi köçkünlərin nə səsini eşitdi, nə də onların haqlarının pozulması ilə bağlı bir söz dedi. Separatizmi dəstəkləyən işğalçı Ermənistana "gözün üstə qaşın var" deməyən AŞPA, bunun tam əksi olaraq Azərbaycanı, erməniləri Qarabağdan zorla çıxarmaqda, Laçın dəhlizini açmamaqda günahlandırır".

Jalə Əhmədova qeyd edib ki, AŞPA, işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə qınamaq əvəzinə daim dəstəkləyib, Azərbaycanın qələbəsindən sonra sülhün bərqərar olması üçün hər hansı bir addım atmayıb:

"Nə Azərbaycanafobiyanın hökm sürdüyü AŞPA, nə də digər dövlətlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. Çünki Azərbaycan müstəqil siyasət yürüdən suveren, demokratik və multikultural dövlətdir".

Süleyman
Xəbəri paylaş