"AŞPA və Avropa İttifaqı tərəfindən Azərbaycana qarşı sərgilənən qərəzli mövqelər, ədalətsiz yanaşmaların kökündə İslamofob və Turkəfob səbəblər dayanır".
Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, Avropa Parlamentindən ümumiyyətlə danışmağa dəyməz, bu qurum və onun parlamentariləri ölkəmizə qarşı nifrət dolu çıxışlar edirlər:
"Laçın dəhlizini bəhanə gətirirlər, ancaq Azərbaycanın torpaqları işğal olunan zaman biz belə bir canfəşanlıği müşahidə etmədik. Eyni məsələni AŞPA ilə bağlı da indi demək mümkündür. Doğrudur AŞPA-da hardasa sağlam qüvvələr olub, lakin indi Avropa Parlamentinin tutduğu yolu AŞPA da davam etdirməyə başlayıb".
Vüqar Əhmədov, "Azərbaycanın müstəqil siyasət aparması və güclənməsi, işğal olunmuş əraziləri öz gücü ilə azad etməsi bu qüvvələri çox narahat etməyə başlayıb. Unutmasınlar ki, alternativlər hər zaman var və Avrasiya regionun mühüm ölkəsi kimi Qərb təşkilatlarının da ölkəmizə ehtiyacı var. Onların indi sərgilədiyi münasibət isə açıq aşkar ermənipərəst mövqedir",-deyə bildirib.
Anar Əliyev