Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avrasiya İqtisadi İttifaqı Afrika ölkələri ilə tərəfdaşlığa üstünlük verir

Avrasiya İqtisadi İttifaqı Afrika ölkələri ilə tərəfdaşlığa üstünlük verir


Avrasiya İqtisadi İttifaqı hazırkı mərhələdə Cənubi Afrika Respublikası, ümumən Afrika regionu ilə əməkdaşlığı inkişaf etdirməyi prioritet hesab edir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Avrasiya İqtisadi Komissiyasının Sənaye Siyasəti Departamentinin direktoru Nikolay Kuşnarev deyib.

Qeyd edək ki, Nikolay Kuşnarev səfər zamanı Gauteng əyalətinin iqtisadi inkişaf naziri Tasnim Motara ilə sənaye əməkdaşlığının cari məsələlərini və aqrar-sənaye kompleksində birgə istehsal potensialını müzakirə ediblər. Görüşdə xüsusi iqtisadi zonaların idarə olunması və həyata keçirilməsi çərçivəsində özəl sektorla dövlət sektoru arasında strateji tərəfdaşlığın nəticələri, o cümlədən səlahiyyətli orqanlar tərəfindən investorlar üçün nəzərdə tutulan vergi güzəştləri barədə də danışıblar.

Natiq Orucov
Xəbəri paylaş