"Ermənistanın təhlükəsizlik axtarışlarının sülh üçün təhlükə olduğu açıqdır. Ermənistan bunun üçün özünə müttəfiq axtarışındadır və XİN rəhbəri Ararat Mirzoyanın bu barədə bəyanatı da bunu isbat edir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, Ermənistanın təhlükəsizlik adı altında nəyi nəzərdə tutur məsələsi əsas məsələdir:
"Müttəfiq ölkə və ya ölkələr, onların bu məsələdə geosiyasi ambisiyaları, Ermənistana nə kimi qarantiyalar verməsi məsələsi prosesin sülhdən, yoxsa yenidən hərbdən danışılmasını göstərəcək. Hələlik bu ad altında Ermənistanın silahlandırılmasına cəhd edilir".
Azər Qasımov deyib ki, həmin ölkələr Azərbaycana qərəzli, hətta düşmən mövqe nümayiş etdirirlər:
"Sülhə rəvac verəcək addımlar və bəyanatlar vermirlər. Bu baxımdan Ermənistanın təhlükəsizlik qarantiyası üçün regiondan kənar ölkə axtarmasının sülh üçün təhlükə olduğu açıqdır. Bu, sülh prosesinin uzadılmasına hesablanmış hərəkətlərdir. Görünən odur ki, Ermənistan sülh müqaviləsi imzalamağa maraqlı görünmür".
Süleyman