Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ilk dəfə olaraq Şuşaya həsr olunan poçt markası buraxılıb.
Newscenter.az Mərkəzə istinadən bildirir ki, «Ozarbayjonning qadimiy Shusha shahri Turkiy dunyoning madaniy poytaxti» adlı poçt markası Xüsusi dizaynla hazırlanıb.
Poçt markasının üzərində Şuşa qalası, Azərbaycanın bayrağının təsviri, Qarabağın – Şuşanın füsunkar təbiəti, başını duman almış əzəmətli dağları, bölgəyə, şəhərə dağlar qədər vüqar və şöhrət gətirən dünya şöhrətli mütəfəkkirlər, şairlər, tanınmış Şuşalılar, milli musiqi alətlərimiz (qaval, tar, kaman) kimi milli mədəniyyətimizi əks etdirən elementlər, habelə Qarabağın, Şuşanın və qazanılan Zəfərin simvolu olan «Xarıbülbül» çiçəyinin rəsmi öz əksini tapıb.
Süleyman İsmayılbəyli