Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qocanın sərsəm bəyanatları

Qocanın sərsəm bəyanatları


"Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Jozef Borrel yenə Azərbaycanın ünvanına bir sıra ittihamlarla çıxış edib. Bu şəxsin Azərbaycan ərazisində qanunsuz varlığını sürdürən separatçı xunta rejiminə və Azərbaycan dövlətinin suverenliyinə qarşı çıxan ermənilərə xoş münasibəti bəllidir, ermənipərəst mövqe sərgiləməsində də təəccüblü bir şey yoxdur".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. Onun sözlərinə görə, Jozef Borrelin xeyli yaşı var və 30-35 il bundan əvvəl Cənubi Qafqazda baş verənlər barədə çox məlumatlıdır, Ermənistanın 200 mindən çox azərbaycanlını zor və işgəncələrlə, silah gücünə öz doğma dədə-baba yurdların qovmasınu da yaxşı xatırlayır:

"Qoca riyakarlığını, təmsil etdiyi Aİ-nin saxtakarlığını ifadə edərək beynəlxalq hüququn, ədalətin yanında yox, qərəzin, haqsızlığın, müasir faşizm ideologiyasına təslim olduğunu biruzə verir.

Azərbaycan tolerant, humanist ölkədir, heç bir millərə qarşı ayri-seçkilik etməyib, o cümlədən ermənilərə qarşı münasibəti başqalarından fərqlənməyib, öz vətəndaşları kimi layiqli həyatını təmin edib. Təkcə, Bakıda 30 mindən çox erməni yaşayır. Qarabağdan köçən ermənilərə isə Azərbaycan Konstitusiyasının verdiyi bütün imkanlara uyğun rahat və firavan yaşamağı təklif etdi, ancaq Borrel həyacızcasına bunu zorla çıxarılma kimi şərh edir. Onun bir damcı vicdanı olsaydı Ermənistanın 2020-ci ildə Bərdəni, Gəncəni ballistik raketlərlə bombalayıb mülki insanları qətliam edəndə narazılıq edərdi, ancaq lal odu".

Vaqif Abdullayevin qənaətincə, Aİ nümayəndəsi belə ədalətlidirsə, bölgəyə gəlsin, Xankəndində yaşayan Azərbaycan vətəndaşlığını qəbul etmiş yüzlərlə erməni ilə söhbət etsin, vəziyyət barədə dürüst nəticə çıxarsın:

"Ancaq çətin ki, onun asılı olduğu Fransanın mürtəce siyasəti və təzyiqləri bu addımı atmağına imkan verə.

Avropa İttıfaqının, Avropa Şurası Parlament Assambleyasının hazırda Azərbaycana qarşı ikiüzlü və qərəzli yanaşmasının kökündə söz və insah haqları, demokratiya deyil, öz ərazi bütövlüyünü tam təmin etmiş, terrorçu Ermənistana layiqli dərsini vermiş Azərbaycandan qisas almaq cəhdləri durur. Ələxsus da bu qurumları idarə edən Paris rejimi Azərbaycanın Zəfərini, Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsini, iki qardaş ölkənin regionda güc mərkəzinə çevrilməsini həzm edə bilmir.Ona görə J.Borrelin və digərlərinin bu sərsəm açıqlamaları əslində Anti-Azərbaycan və Anti-Türk riyorikasından irəli gəlir.

Maraqlıdır ki, bu gün Ermənistan Azərbaycanla sülh sazişi imzalamğa can atır, Bakı və İrəvan arasında çox konsruktiv və faydalı danışıqlar aparılır. Tərəflər arasında güclü etimad mühiti formalaşıb. Ancaq Aİ və Borrel kimiləri buna mane olmağa çalışır, bölgədə yeni qan axtarırlar. Çünki onların xisləti budur, müxtəlif regionlarda insanları və dövlətləri üz-üzə qoyan, sülh əbəzinə qanlı qarşıdurmalara rəvac verən, yeni müharibə ocaqları yaradan və müasir kalonizmi dəstəkləyən Aİ-Fransa sülhün düşməninə çevrilib".

Anar Əliyev
Xəbəri paylaş