Növbədənkənar prezident seçkilərinin mühüm mərhələsi, təbliğat-təşviqat dövrüdür. Adətən səsvermə gününə bir neçə gün qalmış namizədlərdən biri və ya bir neçəsi hansısa namizədin xeyrinə seçki mübarizəsindən çəkinir. Bəs görəsən bu dəfə necə, hansısa namizəd digər opponentlərinin xeyrinə mübarizədən çəkilə bilərmi?
Məsələ ilə bağlı Newscenter.az-ın sualını cavablandıran prezidentliyı namizəd Fuad Əliyev deyib ki, seçki mübarizəsini yarıda dayandırmaq niyyəti yoxdur:
"Bu müddət ərzində kifayət qədər yol qət etmişik, uğurlu kampaniya həyata keçirmişik. Ona görə də seçki mübarizəsini sona qədər davam etdirəcəyik".
Fuad Əliyev onu da deyib ki, hansısa namizəd onun xeyrinə seçki mübarizəsindən çəkilərsə, bunu qarşılıqlı şəkildə müzakirə edə bilərlər.
Süleyman