Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tipik erməni etirafı: "Bizm olmayanı özümüzünkü edirik"

Tipik erməni etirafı: "Bizm olmayanı özümüzünkü edirik"


"Axı bizim millət qürurlu xalqdır, biz olmayanı özümüzünkü edirik. Makedoniyalı erməni deyirik, başqa görkəmli adamlar da ermənidir. Amma bu gün hakimiyyət tamamilə əks istiqamət tutub".

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bu fikirləri Ermənistanın Vəkillər Palatasının keçmiş prezidenti, Vəkillər Məktəbinin direktoru Ara Zohrabyan "Ermənistan tarixi" kitabının ictimai müzakirəsi zamanı deyib. Zobrabyan "Ermənilərin tarixi" kitabını "Ermənistan tarixi" adı ilə tədris etməyin xəyanət olduğunu deyib və bu xəyanətdə hakimiyyəti günahlandırıb:

"Bununla ıslində tariximiz olan hər şeyi aşağılamaq istəyirlər. İndi başa düşmək lazımdır ki, bu kimə sərf edir?".

Ara Zohrabyan bildirib ki, bu dərsliklər sözün əsl mənasında gənc nəslə qarşı cinayətdir:

"Erməni əsilli bir məmur bizim tarixi əsaslarımızı zəiflətmək üçün bu prosesi təşkil edir".

Mehman Mehdiyev
Xəbəri paylaş