Bu il okeanın o tayında da seçki həyəcanı yaşanır. İl sonunda baş tutacaq seçkilərə hazırkı Ağ Ev rəhbəri Baydenlə yanaşı, onun sələfi Donald Tramp da ciddi cəhdlə hazırlaşır.
Newscenter.az-ın xəbərinə görə, Birləşmiş Ştatlarda keçiriləcək seçkiləri təhlil edən politoloq Zeynal Əmrəliyev deyib ki, seçkilərdə Demorkatlar Partiyasından hazırki prezident Co Baydenin mübarizə aparacağı dəqiqdir. Onun sözlərinə görə, əsas mübarizə Respublikaçılar Partiyasında gedirdi:
"Keçmiş prezident Donald Trampın yenidən seçki yarışına qatılması yarışın həyacanlı keçməsinə səbəb olub. Respublikaçıların daxilində Trampın əsas rəqibi və seçkinin favoriti olması gözlənilən şəxs Florida ştatının qubernatoru Ron Desantis idi. Ancaq Desantis 21 yanvar tarixində gözlənilməz halda seçki yarışından çəkilib və tərəfdarlarına müraciət edərək Trampı dəstəkləməyə çağırdı. Bundan sonra respublikaçılar daxilində Trampın qalib gəlmək şansı olduqca yüksəlib. Desantislə bərabər Respublikaçılar Partiyasında əsas qərarverici şəxslərdən hesab edilən senator Lindsay Graham da Trampa dəstək olduğunu açıqlayıb. 21 yanvar günü ABŞ siyasi sistemində dönüm günü olur və o “ məşhur bazar “ dan sonra ardıcıl şəkildə Trampa dəstək mesajları gəlir. Ancaq yenə də Trampın əsas rəqiblərindən biri ona kifayət qədər ciddi müqavimət göstərməkdə davam edirdi".
Politoloq deyir ki, ABŞ -ın BMT -dəki keçmiş səfiri Nikki Heyli Trampın qarşısında olduqca uğurlu performans sərgiləyir və milyader – siyasətçinin yenidən Ağ Evə qayıtmasını istəməyən təbəqənin də əsas ümid yerinə çevrilmişdi:
"ABŞ mediyası ardıcıl olaraq Nikki Heylinin təbliğatını aparırdı. Bunun fonunda Tramp sərt şəkildə ağır ittihamlara məruz qalır. ABŞ mediyası keçmiş prezidenti irqiçilikdə və cəmiyyətdə ayrı – seçkilik salmaqda ittiham edir. Ancaq buna rəğmən Tramp sürətli şəkildə xanım diplomatdan önə keçməyi bacarıb. Tramp Baydenin qarşısına çıxmağı bacararsa bu “ qoca demokrat “ üçün yaxşı heç nə vəd etmir".
Zeynal Əmrəliyev deyir ki, Respublikaçılar Partiyasında əsas mübarizə Donald Tramp və Nikki Heyli arasında gedir:
"Bu gün Nyu – Hemprişirde həlledici seçki olacaq. Heyli bu seçkidə uduzsa onun artıq Tramp qarşısında heç bir şansı qalmayacaq. Respublikaçılar daxilində hələ bu qədər alternativsiz seçki yarışı olmayıb. Hazırda respublikaçıların 71 faizi Trampı prezident kimi görmək istəyir. Bu partiya tarixində rekord göstəricidir. Tramp dünən gecə Nikkini məğlub edərək Ağ Evə çox yaxınlaşdı. Onun əsas hədəfi bundan sonra sadəcə “ qoca demokrat “ ı məğlub etməkdir. Tramp üçün Baydeni məğlub etməyin elə də çətin olmayacağı qənaətindəyəm. Bunun üçün bir neçə səbəb var.
- 1) Rusiyanın Ukraynada artan fəallığı və Qərbin Ukraynaya normal dəstək verə bilməməsi 2 ) Suriyada Rusiya və İranın Qərbi sıxışdırması 3) Qırmızı dənizdə husilərin ABŞ gəmilərinə artan hücumlar 4) Yaxın Şərqdə İsrailin ABŞ -ın bütün çabalarına rəğmən Qəzzanı işğal siyasəti aparması 5) Benyamin Netenyahunun ABŞ -ın təklif etdiyi " 2 dövlətli həll " prinsipindən imtina etdiyini açıqlması 6) ABŞ iqdisadiyyatının sürətli şəkildə zəifləməyə başlaması".
Politoloq hesab edir ki, bütün bu amillər Trampın gücünü artırır:
"Əgər süpriz baş verməsə, Donald Tramp Co Baydenə təhvil verdiyi Ağ Evi ondan geri alacaq. Ancaq hələ ki, seçkiyə aylar var və bu müddət ərzində baş verənləri gözləmək lazımdır. Baydenin və komandasının üzərinə bu müddətdə çox böyük məsuliyyət düşür".
Süleyman