Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqının ölkəmizə qarşı apardığı siyasət Azərbaycanı qane edə bilməz

Avropa İttifaqının ölkəmizə qarşı apardığı siyasət Azərbaycanı qane edə bilməz


"Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa İttifaqı Komissiyasının vitse prezidenti Yozef Borrelinin Azərbaycana qarşı artıq bir neçə dəfə qərəzli mövqe sərgiləməsi əslində demək olar ki, ordumuzun Qarabağda keçirdiyi antiterror əməliyyatlarından sonra, Azərbaycana qarşı Avropa İttifaqının mövqeyində baş verən dəyişikliklərlə bağlıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, Borreli kimi qeyri-ciddi siyasət adamları bundan öncəki dövrlərdə də ölkəmizə qarşı əsassız böhtanlarla dolu çıxışlar etmişdir:

"Amma bütün bunlar Aİ-nın mövqeyini əks etdirə bilməzdi. Bu gün Avropa İttifaqında hər kəsə aydındır ki, Azərbaycan regionda sülhün bərqərar olmasına çalışır və bunun üçün bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir. Amma, bu o demək deyil ki, təşəbbüslər birtərəfli və yaxud da ikili standartlar çərçivəsində həyata keçirilə bilər. Bu baxımdan hazırda Aİ-nın ölkəmizə qarşı apardığı siyasəti və mövqeyi Azərbaycanı qane edə bilməz və bu səbəbdən Azərbaycan AŞPA ilə əməkdaşlığı dayandırmaq qərarı qəbul edib və bu qərarın doğru addım olduğunu hesab etmək lazımdır".

Ekspert deyib ki, AŞPA-da fəaliyyət göstərən Azərbaycan nümayəndə heyətinin bəyanatı orda baş verənləri açıqca ifadə edən sənəddir:

"Qeyd edildiyi kimi ikili standartlar, islamofob, türkofob, Azərbaycanofob münasibətlər və ümumiyyətlə Azərbaycana qarşı ab-havanın düzəlməsi üçün üçün bu addım dəyişməməlidir".

Anar Əliyev
Xəbəri paylaş