Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Dəmir Yolları 20 il ərzində böyük inkişaf yolu keçib

Azərbaycan Dəmir Yolları 20 il ərzində böyük inkişaf yolu keçib


Azərbaycan Dəmir Yolları (ADY) ötən 20 il ərzində böyük inkişaf yolu keçib.

Newscenter.az quruma istinadən bildirir ki, bu müddət ərzində dəmir yolu xətləri əsaslı təmir olunub, sərnişin və yük daşımalarında xidmət keyfiyyəti artırılıb, vağzal və stansiyalar yenidən qurulub, qatar parkı müasir hərəkət tərkibi ilə yenilənib.

Dəmir yollarının beynəlxalq dəhlizlərə inteqrasiyasını sürətləndirmək üçün yeni xətlər çəkilib, mövcud xətlər müasir standartlara uyğun yenidən qurulub. Eyni zamanda dəhlizlərdən səmərəli istifadə üzrə beynəlxalq əməkdaşlıq genişləndirilib.

ADY həmçinin, işğaldan azad olunan ərazilərin nəqliyyat infrastrukturunda genişmiqyaslı tikinti-quruculuq işlərinə başlayıb.

Süleyman
Xəbəri paylaş