Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir eşqin mahnısı-Səkinə dayı qızı-VİDEO

Bir eşqin mahnısı-Səkinə dayı qızı-VİDEO


Əbülfəz Elçibəyin də çox sevdiyi mahnılar içərisində "Səkinə dayıqızı"-nı əksər insanlar xalq mahnısı kimi bilirlər. Əslində isə bu yanlış məlumatdır. Mahnını ilk dəfə olaraq İranda Faiqə Atəşi, Ququş kimi müğənni ifa edəndən sonra populyar olub. Mahnının müəllifi Bakıda anadan olmasına baxmayaraq İranda yaşamış Əli Səlimdir.

Əli Zöhrab oğlu Səlimi Bakının Kubinka məhəlləsində anadan olub. Atası Ərdəbil yaxınlığındakı Mehmandost kəndindən, anası Məşədi Cəvahir isə pirşağılı idi. İlk təhsilini Bakıda alıb, lakin Stalin repressiyası Səlimilər ailəsini İran təbəələri kimi 1938-ci ildə Bakıdan sürgün edib.

Bakıda olan zaman Əli Səlimi dayısı qızı Səkinə ilə evləndirmək barədə ailələri razılığa gəlirlər. Lakin sürgün olduqdan sonra bu sevda baş tutmur.

İrana köçən Əli Səlimi bir çox mahnılar yazır, hansılar ki, tarixə düşüb. Onun mahnılarının ilk ifaçısı da Vartuş ləqəbilə tanınan Fatma Qənnadə olub. Lakin həyat yoldaşı "Səkinə dayıqızı" mahnısını əsla ifa etməyib, həyat yoldaşının ilk eşqinə qarşı qısqanclıq etdiyi üçün.

Əli Səlimi mahnını ilk dəfə ifa etmək üçün Faiqədən xahiş edir. Lakin o da rəfiqəsi olan Vartuşun xətrinə imtina edir. Ancaq işə Şəhriyar qarışır və onu çağırıb "Sən necə azərbaycanlısan ki, Azərbaycan dilində oxumursan " iradına görə oxuyub.

Amerikaya köçəndən sonra erməni əsilli amerikalı ilə ailə quran və Ququş kimi tanınan Faiqə uzun zaman bu mahnını repertuara salmır. Əri ona ciddi qadağa qoyduğu üçün.

Lakin 21 mart 2010-cu ildə Londonda Novruz bayramı günü çıxış edən Ququş yerdən çoxsaylı səsləri nəzərə alıb yenidən bu mahnını ifa edib. Ququş konsert zamanı öz ansambl üzvlərinə işarə edərək, "görün, argentinalı, puerto rikalı, venesuelalı Səkinə day qızı nay nay ifa edirlər" - deyə zarafat da edib.

Azərbaycanda bu mahnının ilk ifaçılarından biri Sabir Əliyev, sonra isə Rübabə Muradova anasının xahişi ilə oxuyub. Əli Səlimi Təbrizdə rəhmətə gedib.

||]

Zaur Aliyev , dosent
Xəbəri paylaş