Avropa Şurası və onun Parlament Assambleyası Azərbaycanla bütün körpüləri yandırmaq qərarını verdi. Hər halda qurumdakı Azərbaycan parlament nümayəndə heyətinin AŞPA-da səsvermə hüququndan məhrum edilməsi, buna cavab olaraq isə deputatlarımızın sözügedən təşkilatdakı fəaliyyətlərini qeyri-müəyyən müddətə dayandırması belə deməyə əsas verir.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən politoloq Zeynal Əmirəliyevin sözlərinə görə, son baş verən hadisə bir daha onu göstərdi ki, erməni diasporu avropalı rəsmiləri pul qarşılığında barmağında oynadır:
"30 il ərzində bir dəfə də olsun "azərbaycanlılar Qarabağa qayıtmalıdır " deməyən AŞPA -nın deputatları, Cozef Borrel və digər rəsmilər ermənilər üçün etmədiyini qoymadı. Avropalı rəsmilər erməni diasporunun timsalında yaxşı "sağılan inək " tapıblar. AŞPA Azərbaycanı qurumdan uzaqlaşdırmadı, qeyri - müəyyən müddətə əməkdaşlığı dayandırdı".
Politoloq deyib ki, AŞPA bizim üçün sadəcə platformadır:
"Əlbəttə oranı boş qoymamalıyıq. Ancaq əməkdaşlıq bizdən çox onlara lazımdır. Heç şübhə yoxdur ki, bir müddət sonra AŞPA özü əməkdaşlığı bərpa etmək üçün hərəkətə keçəcək. Azərbaycan Avropaya yox, Avropa Azərbaycana möhtacdır. Hər şeydən öncə Azərbaycana qarşı "səlib yürüşü" edən yoldaşlar xatırlamalıdırlar ki, Avropanın şərqi Azərbaycanın hesabına isinir".
Zeynəl Əmirəliyev deyib ki, Azərbaycanda hələ ki, prezident seçkiləridir və bu seçkilərdə İlham Əliyevin yenidən qalib gələcəyi şübhəsizidir:
"Heç şübhəm yoxdur ki, Avropa liderləri yenə qarşılarında cənab Əliyevi gördükdə "Azərbaycan bizim yaxın müttəfiqimizdir" , "İlham Əliyev Avropanın böyük dostudur " tipli cümlələri işlədəcəklər. Qabaqdan yaz gəlir düzdü. Ancaq hər yazın da bir payızı var. Ona görə Brüsseldə və Strasburqda oturan yoldaşlar daha dərindən fikirləşməlidirlər. Yox, onların sadə insanlar vecinə deyilsə, ancaq erməni diapsorundan gələn pullar onları maraqlandırırsa, bu başqa məsələ".
Süleyman