Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Husilər Amerikanın hərbi gəmisini vurub

Husilər Amerikanın hərbi gəmisini vurub


Yəməndəki husi silahlıları ABŞ-ın hərbi gəmisini vurub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı Husilərin Hərbi Sözçüsü Yəhya Seri verib. O bildirib ki, Amerika gəmisi Ədən körfəzi və Bab əl-Məndəb boğazında vurulub. Bundan başqa husilərin ərazidən keçməyə çalışan 2 ticarət gəmisini geri qayıtmağa məcbur etdiklərini açıqlayıblar.

Açıqlamada o da qeyd edilib ki, Amerika gəmisi həm Qəzzaya dəstək, həm də ABŞ və İngiltərənin Yəmənə hücumlarına cavab olaraq vurulub.

Hücumları ballistik raketlərlə həyata keçirdiklərini vurğulayan Seri, ABŞ döyüş gəmilərinin müqavimət göstərmə cəhdlərinə baxmayaraq, raketlərin bir hissəsinin hədəflərinə çatdığını iddia edib. Seri hücumlarına Qırmızı dənizdə davam edəcəklərini bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş