Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətimizin qüruru ilə kiminsə oynamasına rəvac vermərik-Mərkəz sədri

Dövlətimizin qüruru ilə kiminsə oynamasına rəvac vermərik-Mərkəz sədri


"Əslində beynəlxalq münasibətlərdə, dünyada insan haqları, ədalətli cəmiyyət, bərabərlik, qarşılıqlı hörmət, sivil düşüncə ənənələrinin dərinləşməsinin tərəfdarı olmuşam. Çünki, dünyanı xilas edəcək bu siyasi və mənəvi elementləri inkişaf etdirməkdən keçir. Təəssüflər olsun ki, biz bu tendensiyaları beynəlxalq təşkilatlardan görmədik. Hansı ki, əsasnaməsi və nizamnaməsi birbaşa sadaladıqlarımızı həyata keçirmək üçün yazılıb. Amma biz dövlətimizin ciddiliyini, xalqımızın ədalət prinsiplərinə sadiqliyini nümayiş etdirib, sözümüzə hörmətin, səmimi xidmətin siyasi mədəniyyətin yüksək səviyyədə dinamik inkişafını öz əməlləri ilə nümayiş etdirdik. Bunu həzm edə bilməyənlər artıq eybəcər formada, bizə qarşı yaramazcasına hərəkətə keçiblər və buna sapı özümüzdən olan bəzi baltalar da haqq qazandırmaq üçün simasız üzlərini nümayiş etdirirlər".

Newscenter.az xəbər verir ki, bu fikirləri “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Avropa Şurası Parlament Assambleyasının iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini şərh edərkən səsləndirib. O bildirib ki, əziz xalqımız həmişə milli məsələlərdə öz prinsipiallığını ortaya qoyub, həmrəyliyini nümayiş etdirib:

"Bu mərhələdə də yenə müdrik xalqımızın üzü ağ çıxardıb, Azərbaycana qarşı namərdlik edənləri tarixi dərsini yerində və layiqincə verəcək".

Ramil Hüseynov deyib ki, terrorçu və işğalçını uzun illər bəsləyən, dolayısı ilə bəzəndə birbaşa dəstək verən bir şura ən azından işğalçı dövlətin başqa bir ölkənin ərazisinə təcavüz edən, ərazisini işğal etdiyi ölkənin torpaqlarının hesabına dövlət quran bir ölkənin səsvermə hüququnu bu illər ərzində AŞPA ala bilərdi:

"Amma onların riyakar təfəkkürü buna imkan vermədi. 2023-cü ildə qəbul etdiyiniz qətnamədə qərəz və riyakarlığınızı açıq formada üzə çıxartdınız. Guya Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti ilə bağlı narahatçılığınızda, qətnamənizdə siyasi spekulyasiyanın və Azərbaycana qarşı olan qərəzin bariz nümunəsi idi. Çünki 30 il ərzində bizim torpaqlar işğal altında olub, insanlarımız humanitar fəlakətə düçar olub. Amma sizin ciddi bir addım atmağa cəsarətiniz çatmayıb. Reallıqlarla barışmağa təklif verənlər, indi reallıqlarla barışa bilmirsinizsə o bizim yox, sizin naməlum neqativ mənəvi deqeredasiyaya uğramağınızın günahıdı".

Mərkəz rəhbəri deyib ki, Makronun sayəsində ard-arda uğursuzluqlara imza atan Fransa dövlətinin və keçmişi hamıya bəlli Almaniyanın sifarişlərini həyata keçirən bir quruma çevirən bir şuradan nə ədalət, nə demokratik dəyərlərə sədaqət, nə də insan hüquq və azadlıqlarına hörmət gözləmək sadəlövlükdü:

"Biz bu şuraya üzv olanda tarixi həqiqətləri beynəlxalq hüququn prinsiplərinin, bəşəri ədalətin təmin olunması üçün strateji səmimi tərəfdaşlıq gözləntilərimiz əfsuslar olsun özünü doğrultmadı. Bizim müdrik xalqımızın etimadı, dövlətinə sadiqliyi, həmrəyliyi şanlı ordumuzun şücaəti sayəsində biz BMT-nin qətnaməsinin icrasını həyata keçirtdik. Özü də dünyada qəbul olunmuş beynəlxalq müharibə qanunlarına əsaslanaraq, hüquqi normativlərə tam riayət etməklə biz sizin görə bilmədiyiniz, görmək istəmədiyiniz, qəbul etdiyiniz qərarları icra mexanizmini təmin etdik. Bax bu gün sizin bizə qarşı qərəz yaradan müstəqil uğurlu siyasətdir.

Bizi heç vaxt öz dövlətimizin qüruru ilə kiminsə oynamasına rəvac vermərik. Kiminsə xalqımızın hissiyatına qarşı riyakarlıq göstərilməsinə icazə vermərik".

Süleyman
Xəbəri paylaş