Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə ciddi kadr islahatları həyata keçirməyi qərarlaşdırıb.
Newscenter.az "Sputnik Belarus"a istinadən bildirir ki, bu barədə o, yeni səhiyyə nazirinin təyinatı zamanı söyləyib.
Lukaşenko deyib ki, mühüm seçki kampaniyası öncəsi kadrların yerdəyişməsi ölkədə qəbul olunmuş təcrübədir.
“Hazırda bütün nazirlik və idarələrdə kadrların yerdəyişməsi gedir. Bu məlum təcrübədir. Parlament və prezident seçkiləri ərəfəsində biz həm hökumətin, həm də yerli hakimiyyət orqanlarının tərkibini həmişə yeniləmişik",-deyə dövlət başçısı bildirib.
Mehman Mehdiyev