Macarıstanda hakimiyyəti zorla ələ keçirmək cəhdinin qarşısı alınıb.
Newscenter.az xəbər verir ki, bu barədə Macarıstanın Milli Polis Departamenti məlumat yayıb.
Bildirilib ki, xüsusi xidmət orqanları hökuməti silahlı yolla ələ keçirməyə hazırlaşan “İskit Macarıstanı” qrupunu zərərsizləşdirib. Əməliyyat nəticəsində ilkin olaraq 11 nəfər saxlanılıb.
Xüsusi əməliyyat eyni vaxtda Vesprem, Pest, Zala, Bak-Kişkun və Budapeşt şəhərlərində həyata keçirilib. 150-yə yaxın polis 10 yaşayış məntəqəsində həbs və axtarış aparıb. Qrup hökumətin keçmiş və indiki üzvlərini həbs etmək niyyətində olub.
Mehman Mehdiyev