Özbəkistanda "Google" və "Yandex"ə rəqib tərcümə proqramı yaradılır.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bununla bağlı özbək proqramçılar fəaliyyəətə başlayıb. Fəaliyyət çərçivəsində "Google" və "Yandex"ə rəqib özbək tərcüməçisi proqramının yaradılması nəzərdə tutulur.
Prosesdə “President Tech Award” müsabiqəsinin qalibi Məhəmmədsəid Mamasaidov daha aktiv rol alıb. Gənc proqramçı yeni layihələr üzərində işləyir. Bura yüksək keyfiyyətli “özbək tərcüməçi” və “plagiat yoxlayıcı”nın yaradılması daxildir.
23 yaşlı Mamasaidovun İnha Universitetini bitirib. Keçən il o, komandası ilə “Prezident Tech Award” müsabiqəsində iştirak edərək süni intellekt sahəsində birinci yerə layiq görülüb.
Sona