Rusiya və Belarusla turizm sahəsıində əməkdaşlığın genişləndirilməsi məqsədilə ayrı-ayrı turizm şirkətləri səviyyəsində də müvafiq addımlar atılır.
Newscenter.az xəbər verir ki, Zakher Travel Turizm Şirkəti hər iki ölkə ilə qeyd edilən sektorda əməkdaşlığı inkişaf etdirmək məqsədilə Rusiya və Belarusa işgüzar səfər təşkil edəcək. Bu barədə məlumat verən sözügedən turizm şirkətinin təsisçisi və icraçı direktoru Cəfər Qara deyib ki, ilk səfər Rusiya paytaxtına baş tutacaq.
Yanvarın 28-dən 31-dək davam edən səfər çərçivəsində Zakher Travel Turizm Şirkətinin rəhbərliyi paytaxt Moskvada yerləşən iri mehmanxana və otellər şəbəkəsi ilə görüşlər keçirəcək, əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparacaq.
Moskvadan sonra Belarusa səfər baş tutacaq və paytaxt Minskdə fevralın 2-dək davam edəcək görüşlərdə eyni mövzu ətrafında müzakirələr aparılacaq, əməkdaşlığın mövcud imkanlarına nəzər salınacaq.
Natiq Orucov