Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabah Beynəlxalq Ədalət Məhkəməsi İsraillə bağlı qərarını açıqlayacaq

Sabah Beynəlxalq Ədalət Məhkəməsi İsraillə bağlı qərarını açıqlayacaq


Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının Qəzza zolağında İsrailin soyqırım həyata keçirdiyi ilə bağlı Təl-Əvivə qarşı qaldırdığı iddianın qərarlarını açıqlayacaq.

Newscenter.az xəbər verir ki, bu barədə məhkəmənin saytında məlumat əksini tapıb. Bildirilib ki, məhkəmənin qərarları yanvarın 26-da dərc ediləcək.

Məlumat üçün qeyd edək ki, 2023-cü il dekabrın 29-da Cənubi Afrika Respublikası Haaqa Beynəlxalq Məhkəməsində Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması üzrə Konvensiyanın mümkün pozuntularına görə İsrailə qarşı iddia qaldırıb.

Sənəddə deyilir ki, İsrail hakimiyyətinin hərəkətləri soyqırımı təşkil edir. CAR iddia edir ki, İsrail Qəzzada fələstinlilərə qarşı milli, irqi və etnik zəmində soyqırım həyata keçirir.

Mehman Mehdiyev
Xəbəri paylaş