Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Tacikistana rəsmi səfərə gedəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, səfərin detalları iki ölkənin xarici işlər nazirlərinin danışıqları zamanı müzakirə olunub. Hələlik səfərin dəqiq vaxtı barədə məlumat verilməsə də, Tokayevin qısa müddətdə Tacikistana səfər edəcəyi qeyd olunur.
Qeyd edək ki, iki ölkənin xarici işlər nazirlərinin görüşü zamanı Kasım-Jomart Tokayevin Tacikistana səfəri ilə yanaşı, Astana ilə Düşənbə arasında mövcud əlaqələrin vəziyyəti və inkişaf perspektivləri də müzakirə edilib.
Danışıqlar zamanı BMT, ŞƏT, MDB, KTMT və ATƏT çərçivəsində Tacikistanla Qazaxıstan arasında əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Mehman Mehdiyev