Yaxın günlərdə minalanmış ərazilərin reyestrləri Azərbaycana veriləcək.
Newscenter.az news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistanln Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Ermənistan Respublikası Azərbaycanla sülh gündəliyinə sadiqliyini ifadə edərək və humanitar mülahizələrə əsaslanaraq 2021-ci il 12 iyun, 3 iyul, 19 oktyabr, 1 noyabr və 29 noyabr tarixlərində minalanmış ərazilərin xəritələrini Azərbaycan Respublikasının nümayəndələrinə təhvil verib.
Ermənistan və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, yəni iki dövlət arasında etimadın yaradılması istiqamətində real addımların atılması istiqamətində Ermənistan Milli Təhlükəsizlik Xidməti Dağlıq Qarabağın keçmiş hərbçilər arasında sorğu işini bərpa edib. Nəticədə 8 yeni ərazinin olduğu qənaəti yaranıb. Həmin məlumatlar yaxın günlərdə işçi kanallarla Azərbaycan tərəfinə veriləcək. Onların nüsxələri beynəlxalq tərəfdaşlara da təqdim ediləcək”, -deyə məlumatında bildirilir.
Mehman Mehdiyev