Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADY sədri “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu: tendensiyalar, çətinliklər və perspektivlər” mövzusunda “dəyirmi masa”da iştirak edib

ADY sədri “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu: tendensiyalar, çətinliklər və perspektivlər” mövzusunda “dəyirmi masa”da iştirak edib



26 yanvar tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Türkiyə Respublikasının Ankara şəhərində baş tutmuş “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının növbəti iclası çərçivəsində təşkil olunmuş “dəyirmi masa”da iştirak edib.

Newscenter.az xəbər verir ki, “Dəyirmi masa”da marşrut üzrə ötən il ərzində qarşıya çıxan çətinliklər, əldə olunmuş nailiyyətlər, eləcə də növbəti illər ərzində marşrutun səmərəliliyinin artırılması ilə bağlı birgə atılacaq addımlar, xüsusən də Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə müzakirələr aparılıb.

Həmçinin tədbirdə Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Orta Dəhliz üzrə aparılmış tədqiqatın nəticələri və ondan irəli gələn tövsiyələri barədə məlumat verilib.

Süleyman
Xəbəri paylaş