Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AŞPA-nın yalnış qərarı Ermənistanı aqressiyaya sürükləyəcək

AŞPA-nın yalnış qərarı Ermənistanı aqressiyaya sürükləyəcək


"Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi ədalətsiz qərar Ermənistanı aqressiyaya sürükləyəcək. AŞPA bu qərəzli və ədalətsiz qərarı ilə regionda sülhə təhlükə yaratmış oldu".

Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter.az-a bildirilib ki, adı çəkilən təşkilatın qərarından ruhlanan Ermənistan yenidən sülh müqaviləsi imzalamaqdan yayınacaq:

"Görünür, bu planlı şəkildə qurulmuş bir oyundur ki, Cənubi Qafqazda sülh olmasın, yenidən müharibə qızışsın, qan tökülsün".

Analitik Qrup hesab edir ki, Azərbaycan yenidən Ermənistanı sülhə məcbur etmə tədbirlərinə əl ata bilər.

Mehman Mehdiyev
Xəbəri paylaş