Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AŞPA rəhbərliyi intensiv danışıqlar apara bilərdi

AŞPA rəhbərliyi intensiv danışıqlar apara bilərdi


Fransa və Almaniyanın Azərbaycana qarşı düşmənçilik mövqeyinə AŞPA-da şərik çıxdı. Bu günlərdə qurumda Azərbaycanla bağlı qəbul edilən ədalətsiz və qərəzli qərar belə deməyə əsas verir. Elə politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, Məhəmməd Əsədullazadə deyib ki, AŞPA -da Azərbaycan nümayəndə heyətinin təsdiqlənməməsi regionda geosiyasi proseslərdən irəli gəlir. Onun sözlərinə görə, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, müstəqil siyasət aparmasi, AŞPA -da belə bir qərar verilməsinə gətirib çıxarıb:

"Prosesin arxasında Fransa dayanır".

Politoloq hesab edir ki, Azərbaycanla münasibətləri daha da inkişaf etdirilməsi istiqamətində AŞPA rəhbərliyi intensiv danışıqlar apara bilərdi:

"Fransanın təhriki ilə Azərbaycana qarşı bu siyasətə gedilməyə bilərdi. Hazırda Ermənistan hakimiyyətində bu "diplomatik qələbə" kimi qəbul edilir. Amma, Ermənistan rəhbərliyi bununla Azərbaycanla sülh müqaviləsi istiqamətində aparılan danışıqlara zərbə vurur".

Süleyman
Xəbəri paylaş