"AŞPA-da yaşanan son hadislər bir daha qərb institutlarının nə qədər ədalətsiz mövqe sərgilədiyini və Azərbaycanla bağli qərəzli olduğunui hər kəsə göstərdi. AŞPA - nın son qərarı belə qurumlara etibar edilməsinin yanlış olduğunu göstərdi və düşünürəm ki, Avropadan düzgünlük, ədalət, demokratiya gözləyənlərə də dərs oldu".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. Onun sözlərinə görə, Brüsseldə, Strasburqda oturan yoldaşlar unudurlar ki, Avropanın əhəmiyyətli hissəsi Azərbaycan hesabına qızınır:
"Bunu bizim qaz satdığımız ölkələrə də xatırlatmaq lazımdır. Düşünürəm ki, Azərbaycan Avropa ölkələrinə satdığı qazın qiymətinə yenidən baxmalıdır. Erməni diasporunun əlində oyuncağa çevrilmiş və sadə insanların həyatı onlar üçün heç olmuşdur. Əks halda avropalı rəsmilər özləri ilə enerji sahəsində əməkdaşlıq edən bir ölkəyə qarşı belə bir hərəkət etməzlər. Təbii ki, bu həmin siyasətçilərə çox baha başa gələcək. Bunun hesabını öz xalqları seçkilərdə onlara kəsəcək".
Politoloq deyib ki, heç kim bizimlə diktə dilində danışa bilməz:
"Bunu Fransa nümunəsində hər kəs gördü. Bundan sonra da rəsmi Bakı daha qətiyyətli formada öz işini davam etdirəcəkdir. Heç bir xarici qüvvə bizə mane ola bilməz. Çünki ölkədə milli həmrəylik mövcuddur və biz bunu cəmiyyətdə müşahidə edirik. Açığı deyim, onları qıcıqlandıran da biraz budur. Azərbaycanda hazırda seçkilərdir və xalqımız İlham Əliyevi yekdil şəkildə dəstəkləyir. Cənab Əliyevin yenidən dövlət başçısı seçiləcəyi şübhəsizdir. Qərb nə qədər çalışsa da Azərbaycana seçkilərlə bağlı heç bir təzyiq edə bilmədi. Bu da onları başqa variantlardan istifadə etməyə sövq edir. Amma uğursuz olacaq. Dediyim kimi, bizim onlara yox, onların bizə ehtiyyacı var".
Süleyman