Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AŞPA prezident seçkilərininin nəticələrini tanımaya bilər

AŞPA prezident seçkilərininin nəticələrini tanımaya bilər


"Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin mandatının təsdiq edilməməsi ciddi məsələdir. AŞPA bu qərarı qəbul etməsi üçün indiyədək də əsaslar tapa bilərdi".

Newscenter.az xəbə verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli səsləndirib. Onun sözlərinə görə, sözügedən qurum vaxtaşırı olaraq Azərbaycanda demokratik prinsiplərin, insan hüquq və azadlıqlarının pozulması barədə bəyanatlar verib:

"Ancaq indi bu qərarın ermənilərin müdafiəsi çərçivəsində verilməsi onun səmimiliyinə şübhə yaradır. Azərbaycan cəmiyyəti də baş verənləri birmənalı qarşılamır. AŞPA-nın qərarı ölkəmizlə bağlı hansı neqativlər doğura bilər sualı ilə bağlı müxtəlif versiyalar irəli sürülməkdədir. Əvvəla, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək və çox güman ki, AŞPA seçkilərin demokratikliyini şübhə altına alacaq. Hətta ola bilər ki, nəticələri tanımasın. Belə olarsa, bu Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin qırılmasına gətirib çıxaracaq".

Mütəllim Rəhimli deyib ki, Avropa iqtidarın legitimliyini şübhə altına aldığından iqtisadi, maliyyə, siyasi münasibətlər tənəzzülə doğru gedəcək:

"Əgər prosesi dayandırmaq mümkün olmasa, çox böyük ehtimalla sonrak dövrdə hakimiyyətin bəzi nümayəndələrinin Avropaya girişinə qadağalar tətbiq edilə bilər. Beləliklə, Azərbaycan da tədricən sanksiyaların hədəfinə çevrilər. Adətən bu cür situasiyalarda Avropa ayrı-ayrı məmurların dövlətdən oğurladığı və ofşor zonalarda və s. məkanlarda saxladığı milyardlarla vəsait haqqında məlumatların aşkara çıxmasını təmin edir. Ancaq bütün bunlar ehtimallardır. Avropa-Azərbaycan münasibətlərində qarşı tərəf üçün prioritet məsələ özünün iqtisadi və siyasi maraqlarıdır. Buna görə də ola bilsin ki, Avropa Azərbaycandan idxal etdiyi neft, qaz və s. görə başladığı təzyiq siyasətini dondursun".

Süleyman
Xəbəri paylaş