Bu il Özbəkistandan keçməklə Rusiyaya Qazaxıstandan 550 min ton neft çatdırılacaq.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə neftin əsas tədarükçüsü olan “Kaztransoil” şirkəti məlumat verib. Bildirilib ki, bu da keçən illə müqayisədə 3,5 dəfə çoxdur.
“2024-cü ildə Rusiya neftinin Qazaxıstan Respublikası ərazisindən Özbəkistan Respublikasına tranzit həcmi planlaşdırılan 500 min tondan 550 min tona çatdırılacaq. Energetika Nazirliyi tərəfindən təsdiq edilmiş neft tədarükü cədvəlinə uyğun olaraq. Qazaxıstan Respublikasının “Kaztransoil” SC yanvarda 25 min ton Rusiya nefti tədarük edəcək”, -deyə şirkətin açıqlamasında bildirilir.
Məlumat üçün bildirək ki, Rusiya neftinin “Kaztransoil” magistral neft kəmərləri sistemi vasitəsilə Özbəkistana çatdırılmasına 2017-ci ildə başlanılıb.
Natiq Orucov