“Növbədənkənar prezident seçkilərində mübarizəmi sona qədər davam etdirəcəm. Namizədliyimi hansısa namizədin xeyrinə geri götürmək niyyətim yoxdur”.
Bu fikirləri Newscenter.az-a Böyük Azərbaycan Partiyasının sədri, prezidentliyə namizəd Elşad Musayev səsləndirib. Seçki mübarizəsində iştirak edən əsas müxalif partiya olduqlarını deyən Elşad Musayev, digər namizədlərdən də bəzilərinin müxalif partiya sədri olduqlarını diqqətə çatdırıb. Ancaq BAP sədri onu da deyib ki, ondan başqa digər müxalif namizədlərin hakimiyyətlə hansısa formada bağlılığı var:
“Onlardan bəziləri parlamentdə təmsil olunur. Yeganə hakimiyyətlə heç bir bağlılığımız olmayan partiya namizədi kimi biz seçkidə iştirak edirik. Ona görə də seçki mübarizəsində sona qədər iştirak etmək niyyətindəyik və kiməsə güzəştə getməyəcəyik”.
Süleyman