Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Orta Asiya ilə turizm sahəsində əlaqələr inkişaf etdiriləcək

Orta Asiya ilə turizm sahəsində əlaqələr inkişaf etdiriləcək


“Yeni turizm mövsümündə Orta Asiya respublikaları ilə əlaqələrin inkişaf etdirilməsi, bu regiondan daha çox turistlərin Azərbaycana cəlb edilməsi istiqamətində bir sıra addımlar atmağı düşünürük”.

Bunu Newscenter.az-a Zakher Travel Turizm Şirkətinin təsisçisi və icraçı direktoru Cəfər Qara deyib. Bildirib ki, bu məqsədlə fevralın 6-dan Orta Asiyanın 3 regionuna səfər edəcək:

“Səfər çərçivəsində Qazaxıstanın Almatı, Özbəkistanın paytaxtı Daşkənd, eləcə də Qırğızıstanın paytaxtı Bişkək şəhərində görüşlər keçirəcəyik. Adı çəkilən şəhərlərdəki mehmanxana və otel rəhbərləri ilə, eyni zamanda hökumət nümayəndələri, yerli turizm şirkətləri ilə keçirilən görüşlərdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, turist səfərlərinin sayının artırılması və digər müvafiq məsələlər müzakirə ediləcək”.

Cəfər Qara onu da deyib ki, ümumilikdə regionun bütün türk dövlətləri ilə əlaqələri inkişaf etdirmək istiqamətində şirkət olaraq çalışırlar:

"5 türk dövlətinin hər biri ilə qarşılıqlı səfərlərin təşkili istiqamətində müntəzəm işlər görürük. Yəqin ki, gələcəkdə qarşılıqlı səfərlər, turist mübadiləsi daha da genişlənər. Statistikaya da baxanda görürük ki, Mərkəzi Asiyadan, xüsusən də Qazaxıstan və Özbəkistandan Azərbaycana gələnlərin sayında kifayət qədər artım var. Bunların da əksəriyyəti Azərbaycanda sağlamlıq turizmi müəssisələrinə gəlirlər. Müalicəvi mineral sular olan obyektlərə, Naftalan vannası, Duzdağ Kompleksinə və.s. məkanlara üz tuturlar".

Süleyman
Xəbəri paylaş