Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanla quşçuluq sahəsində əməkdaşlıq ediləcək

Özbəkistanla quşçuluq sahəsində əməkdaşlıq ediləcək



Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi (ATUİAB) Özbəkistanla müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Newscenter.az xəbər verir ki. bu məqsədlə ATUİAB rəhbəri Ruslan İmanzadə Özbəkistanın Namanqan rayonuna səfər edib.

Səfər zamanı ATUİAB rəhbəri Namanqanın böyük şirkətlərindən biri olan, öz sahəsinin peşəkarlarından sayılan, “Sarin” firmasının rəhbəri Əkrəm Ubaidullayevlə görüşüb, Görüş zamanı qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri müzakirə edilib. Tərəflər bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib.

Qeyd edək ki, Namanqanda fəaliyyət göstərən “Sarin” firması quşçuluq sahəsi üzrə fəaliyyət göstərir və bu sahədə ixtisaslaşıb.

Süleyman
Xəbəri paylaş