Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq təşkilat Hesablama Palatası tərəfindən keçirilən xarici ali audit orqanının fəaliyyətinin qiymətləndirilməsini yüksək dəyərləndirib

Beynəlxalq təşkilat Hesablama Palatası tərəfindən keçirilən xarici ali audit orqanının fəaliyyətinin qiymətləndirilməsini yüksək dəyərləndirib


Azərbaycan Respublikası Hesablama Palatası Ali Audit Orqanlarının Qlobal Hesabatlılıq Təşəbbüsü (GSAI) layihəsi çərçivəsində Tacikistan Respublikası Hesablama Palatasının fəaliyyətinin qiymətləndirilməsini yekunlaşdırıb.

Bu barədə məlumat Newscenter.az-a Hesablama Palatasından daxil olub.

Qeyd edək ki, qiymətləndirmə Ali Audit Orqanlarının Fəaliyyətinin Ölçülməsi Çərçivəsinə (SAI PMF) uyğun müstəqillik və hüquqi çərçivə, daxili idarəetmə və etika, auditin (maliyyə, səmərəlilik) keyfiyyəti və hesabatlılıq, maliyyə idarəetməsi, aktivlər və dəstək xidməti, kadr potensialının inkişafı, maraqlı tərəflərlə əlaqələr və kommunikasiya məsələlərini əhatə edib.

Qiymətləndirmə nəticəsində hazırlanmış hesabat Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) İnkişaf Təşəbbüsü (IDI) tərəfindən yüksək dəyərləndirilib. Beynəlxalq təşkilatın rəyində Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən keçirilən qiymətləndirmə zamanı beynəlxalq metodologiyaya əməl edildiyi, qiymətləndirmə prosesində müəyyənləşdirilmiş hədəflərə nail olunduğu, qiymətləndirmə sübutlarının əsaslı olduğu vurğulanıb.



Nərgiz Əzizova
Xəbəri paylaş