Qazaxıstanın Almatı şəhərində Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün xatirəsinə ucaldımış abidənin açılışı olub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə məlumatı Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi yayıb.
Nazirlikdən bildirilib ki, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səfəri zamanı abidənin ucaldılması ilə bağlı sərəncam verib. Keçən il Mustafa Kamalın şərəfinə abidə Atatürk meydanında quraşdırılıb. Bu gün isə abidənin rəsmi açılış mərasimi olub.
Mehman Mehdiyev