Ermənistan Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə fəaliyyət aparıb bu qurumda rəsmi Bakının maraqlarına zidd qərarən qəbul edilməsinə nail olmaqla bir daha Azərbaycanla sülh müqaviləsi imzalamağa maraqlı olmadığını ortaya qoydu. Hər halda son yaşananlar tərəflər arasında etimad mühitinin yaranmasına mənfi təsir gösətərəcək. Elə əksər ekspertlər də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan sülh müqaviləsində maraqlı olsaydı, Azərbaycana qarşı beynəlxalq təşkilatlarda anti-Azərbaycan siyasətinə son qoyardı:
"Ermənistanın məqsədi maksimum Azərbaycana qarşı beynəlxalq təzyiqləri formalaşdırmaq və Ermənistanın şərtləri ilə sülh müqaviləsi bağlamağa nail olmaqdır. Avropa Şurası rəhbərliyi arxa fonda Rusiyaya qarşı siyasət apararaq Azərbaycanı sıxışdırmağa çalışırsa, strateji səhvə yol verir".
Politoloq qeyd edib ki, Rusiya Ermənistandadir və bu ölkədən də çıxmaq kimi planı yoxdur:
"Hətta Ermənistana yeni silah partiyası göndərir. Zəngəzur dəhlizi ilə bağlı məsələyə gəldikdə isə, Ermənistan ölkəsindən Rusiyanı çıxarsın. Sonra, Azərbaycan Rusiyanin nəzarəti ilə "Zəngəzur dəhlizini açır"-kimi bəyanatlarına son qoysun. N. Paşinyan Zəngəzurda Qərbin düşmən kimi qəbul etdiyi İran üşün konsulluq açıb. Rusiya da konsulluq açmaga hazırlaşir. Zəngəzura Ermənistan özü İran və Rusiyanı gətirib. Absurd olaraq Azərbaycanı ittiham edir. Azərbaycana qarşı AŞPA- nın ədalətsiz mövqeyi regionda yeni problemlərə yol aça bilər. Çünki Ermənistan bundan istifadə edib, təxribatlara əl ata bilər".
Süleyman