Rusiyada prezident seçkilərinin yeni modeli formalaşır.
Newscenter.az xəbər verir ki, belə bir iddia ilə L.Qumilev adına Dövlət Universitetinin ANK kafedrasının müdiri Natalya Kalaşnikova çıxış edib.
Onun sözlərinə görə, Rusiya prezident seçkilərinin yeni modelinin formalaşmasında əsas oyunçulardan birinə çevrilir:
"Birincisi, seçkilərin bülletenlərdən və elektron sistemdən istifadə edilən hibrid versiyası kifayət qədər effektiv şəkildə işə salınıb. Bizim üçün növbəti format çox maraqlıdır. Bu da Rusiyada mövcud və qeydiyyatdan keçmiş müxtəlif siyasi qüvvələr adından 11 namizədin irəli sürülməsidir. Burada gender aspekti də özünü qoruyub. Belə ki, iki qadın Rusiya prezidentliyinə namizədliyini irəli sürüb".
Mehman Mehdiyev