“Rusiyada keçiriləcək prezident seçkiləri qazaxıstanlılar üçün çox vacibdir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının seçki təlim mərkəzinin rəhbəri Janar Bukanova deyib. Onun sözlərinə görə, prezident seçkiləri zaman-zaman Birləşmiş Ştatlar, Çexiya və bir sıra digər xarici ölkələrdə keçirilsə də, Rusiyadakı seçkilər Qazaxıstan üçün olduqca əhəmiyyətlidir:
“Çünki bu, ilk növbədə sıx iqtisadi əlaqələr, çoxillik müştərək tarix, eləcə də ölkələrimizi birləşdirən ən uzun quru sərhədinə görə vacibdir”.
Janar Bukanova seçkilərin nəticələrindən asılı olmayaraq iki ölkə arasında əməkdaşlığın davam edəcəyinə inanır.
Anar Əliyev