Son 20 il ərzində ölkədə dəmir yolu parkının və yol infrastrukturunun yenilənməsi, dəmir yollarında müasir texnologiyalardan istifadə nəticəsində dəmir yolu nəqliyyatı ilə yük daşımaları inkişaf edib.
Newscenter.az-a Azərbaycan Dəmir Yollarından Newscenter.az-a bildirilib ki, dəmir yolu nəqliyyatı ilə Azərbaycan üzərindən aparılan tranzit yük daşımalarının həcmi son illər ərzində 80%-ə yaxın artıb. 2019-cu ildə dəmir yolu nəqliyyatı ilə yük daşımaları 15,2 milyon ton olduğu halda, keçən il bu rəqəm 18,3 milyon ton təşkil edib.
2023-cü ildə ölkəmiz üzərindən 6,8 milyon ton yük daşınıb ki, bu da 2019-cu illə müqayisədə 3 milyon ton artım deməkdir.
Süleyman