2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Lerik rayonu Mondigah inzibati ərazi dairəsində seçicilərlə növbəti görüş keçirilib.
Newscenter.az xəbər verir ki, rayon rəhbərliyi, eləcə də Milli Məclisin deputatı İqbal Məmmədovun iştirak etdiyi görüşlərdə əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən, eyni zamanda YAP-ın namizədi İlham Əliyev cənablarının uğurla apardığı daxili və xarici siyasətdən ətraflı bəhs edilib.
Seçicilər də öz növbələrində diqqətə çatdırıblar ki, seçki günü qalib Lider İlham Əliyevə səs verərək ölkəmizin davamlı inkişafını dəstəkləyəcəklər.
Anar Əliyev