Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Pirallahıda görüş keçirilib

İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Pirallahıda görüş keçirilib


Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilər ilə Pirallahı rayonunda görüş keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.

Newscenter.az xəbər verir ki, görüşdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Aydın Hüseynov, YAP Pirallahı rayon rayon Seçki Qərarganının üzvləri Əli Kərimov, Elxan Məmmədov, Qair Carullayev çıxış ediblər.

Çıxış edən natiqlər bildiriblər ki, bütün fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun, Ümummilli Liderin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən cənab İlham Əliyev möhkəm təməl üzərində təkmil islahatları ilə Azərbaycana möhtəşəm uğurlar qazandırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Həyata keçirilən islahatlar nəticəsində respublikamız güclü iqtisadi dayaqlara malik ölkə imicinə sahib olub. Dövlət rəhbəri kimi cənab İlham Əliyevin məqsədyönlü və uğurlu dövlətçilik fəaliyyəti siyasi varisliklə yeni tarixi epoxanın reallıqları, müasirlik və modernləşdirmə üzərində qurulmuşdur.

Görüş zamanı qeyd edilib ki qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb, 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcıdır. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək.
Çıxış edən natiqlər seçiciləri 7 fevral prezident seçkilərində aktiv iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatdı.



Anar Əliyev
Xəbəri paylaş