Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarix yazan əbədiyaşar lider

Tarix  yazan əbədiyaşar lider


"Əgər sən azərbaycanlısansa,bilməlisən;dünya azərbaycanlılarının bir müstəqil dövləti var-Azərbaycan,dünya azərbaycanlılarının bir tarixi vətəni var-Azərbaycan.Dünya azərbaycanlıları öz müstəqil dövlətlərini,tarixi vətənlərini müqəddəs hesab etməli,onun ətrafında birləşməlidir".
Heydər Əliyev

Çağdaş dövrümüzdə Azərbaycan dövlətinə ən çox rəhbərlik etmiş Heydər Əliyev özünə belə bir şöhrət çələngi hörmüşdür. Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix belələrinin əməlləri, fəaliyyəti ilə yaranır. Azərbaycanın Heydər Əliyev dövrü tariximizin ən şərəfli, ən şanlı səhifəsi hesab edilməyə layiqdir. Xalqımızın ümummilli lideri böyük siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti gənclər üçün zəngin örnəkdir.Dahi rəhbərin siyasi irsini dərindən öyrənmək hər bir azərbaycanlının,xüsusən də gənclərin vətəndaşlıq borcudur.

Ulu Öndərimiz Heydər Əliyev xarakter etibarilə qurucu, yaradıcı insandır, bənzəri olmayan bir şəxsiyyətdir. Yaşadığı mənalı ömür, keçdiyi şərəfli həyat yolu hər birimizə örnəkdir. Müstəqillik dövründə məhz ulu öndərimizin gərgin səyləri, müdrik siyasi kursu sayəsində Azərbaycan nəinki öz suverenliyini qoruyub saxlamış, onu əbədi prosesə çevirmiş, dünyanın qüdrətli dövlətləri səviyyəsinə yüksəltmişdir.

Hər bir xalqın qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir.Müstəqil dövlətlərini quraraq onun mövcudluğunu o xalqlar qoruyub saxlaya bilirlər ki,onlar özlərini dərk edir.Bir aydın həqiqəti də inkar etmək olmaz ki,istənilən xalqın vahid məqsəd naminə birləşməsi,inkişaf və tərəqqi istiqamətinin düzgün müəyyənləşdirilməsi tarixin süzgəcindən keçib gələn mərhələlərdən asılıdır.Cəmiyyətdə mütləq çoxluğun mənafeyini dolğun şəkildə əks etdirən konkret məqsədlər müəyyən hallarda qlobal səciyyə daşıyır,nəcib mahiyyəti ilə şüurda möhkəmlənir,tədricən inkişaf edərək milli ideya səviyyəsinə yüksəlir.Təcrübə göstərir ki,milli ideologiyası olmayan dövlət müstəqil ola bilməz.O dövlət yad təsirlərə tez məruz qalar,nəticədə,yad dəyərlərə xidmət etmiş olar.

Müxtəlif tarixi mərhələlərdə Azərbaycan xalqının tapındığı milli ideya ölkənin gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsində mühüm rol oynamışdır.Yeni yüzillikdə də qarşıya qoyduğu ali məqsədlərə doğru inamla irəliləyən xalqımız məhz bunun sayəsində özünəməxsusluğunu qoruyub saxlaya bilmişdir.Hamı bilir ki, istənilən milli ideyanın həyata keçirilməsi,gerçəkləşdirilməsi üçün müstəqil dövlətin və xalqın güclü idarəçilik səriştəsinə malik liderinin olması vacib şərtlərdəndir.

XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmək şansı qazanan Azərbaycanın ilk illərdə olan acınacaqlı ictimai-siyasi və iqtisadi vəziyyəti lider fenomeninin milli inkişafındakı müstəsna rolunu bir daha təsdiqləyir.Təəssüf hissi ilə qeyd etmək istərdim ki,1991-ci ilin oktyabr ayından 1993-cü ilin iyun ayınadək ölkədə cərəyan edən xaotik,qarmaqarışıq,nizamsız proseslər fonunda Azərbaycan dövlətinin mövcudluluğunun qorunub saxlanması özü bir milli ideyaya çevrilmişdir. Bu mərhələdə Respublikada cərəyan edən mürəkkəb və ziddiyyətli proseslərlər, eyni zamanda ölkənin müstəqilliyi üçün real təhdidlərin baş qaldırması, vətəndaş qarşıdurması meyllərinin güclənməsi, hüquqi təhkimçilik, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəksiyyət xilas edə bilər.

Xatırlamaq yerinə düşər ki, ümumimilli liderimiz Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbərlik etdiyi illərdə milli ideologiyanı formalaşdırmağın mümkün olmadığı dövrdə azərbaycançılıq ideyasını inkişaf etdirdi. Azərbaycan dilinin inkişaf etdirilməsi, bunun davamı olaraq 1978-ci ildə qəbul edilmiş Konsitusiyada "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir" kimi təsbit olunması, tariximizi saxtalaşdıranlara qarşı Heydər Əliyevin sərt mövqeyi, bütün sahələr üzrə milli kadrlar hazırlanması sovet ideologiyasının içində azərbaycançılığı formalaşdırır, milli ruhu günbəgün yüksəldirdi. Bütün bunlar ardıcıl aparıldığından xalqın milli yaddaşını yavaş-yavaş təzələnməyə başladı. İmperiyanın ciddi qadağalarına baxmayaraq, şüurlarındakı bu intibah getdikcə qarşısıalınmaz bir prosesə çevrildi. Və artıq əsrin sonunda birdən-birə alovlandı. O illərdə milli ruhlu əsərlərin yaranması, yeni sənət əsərlərinin ortaya çıxması, dilçilərin və tarixçilərin xalqın milli ruhundan qaynaqlanan yeni tədqiqat əsərləri yazmaları da bu proseslərin məntiqi nəticəsi idi.

Təssüflər olsun ki, müstəqiliyimizi yenidən qazananda bu dəyərlər inkişaf etdirilmədi, dövlət tərəfindən bu taleyüklü məsələyə diqqət yetirilmədi. Bunu elmi şəkildə hazırlayıb ortaya qoyan zəka sahibi olmadı. Odur ki, dövlət quruculuğu işi də yubanırdı.

1993-cü ilin iyununda xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan ümummilli liderimiz ilk vaxtlar ölkəni fəlakətdən qurtardı. Dövlətçiliyi qorudu.Yalnız bundan sonra milli ideologiyamızın formalaşması üçün qəti addımlar atdı. Daha doğrusu, ölkədə həyata keçirilən islahatlar bu ideologiyaya xidmət edirdi, onu formalaşdırdı. İndi onu sistemli şəkildi öyrənmək, fəaliyyətimizə tətbiq etmək, proqram şəklində yeni nəslə öyrətmək məsələsi dururdu.Məhz buna görə, 1998-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının 6-cı ildönümünə həsr olunmuş mərasimdə ulu öndərimiz Heydər Əliyev Azərbaycanın milli ideologiyası haqqında geniş nitq söylədi , onun əsaslarını şərh etdi. Bildirdi ki,bizim həm xarici siyasətdə,həm daxili siyasətdə ,həm ictimai-siyası sahədə, həm də sosial -iqtisadi sahədə gördüyümüz işlər milli ideologiyamızın üstünə qurulur. Hər kəs öz fəaliyətini dözgün nizamlamaq, dövlətçiyə xidmət etmək üçün bu ideologiyanın əsaslarını bilməli və işini də onun əsaslarına uyğun qurulmalıdır. Odur ki,ümumi mlli liderimiz bu nitqdə milli ideologiya və onun əsasları haqqında da geniş məlumat verdi. Qeyd etdi ki, milli ideologiyanın əsasını birinci dövlətçilik təşkil edir: "Dövlətçilik bu gün və gələcəkdə bizim, hər bir vətəndaşın,cəmiyyətin,dövlətin prioritet vəzifəsidir.DövlətçilikAzərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissələri ilə yaşamalıdır.... bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hissələrini yaratmalıdır". Odur ki, böyük öndər tövsiyə edirdi: milli vətənpərvərlik hissələri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaşın milli mənafeyi öz şəxsi mənafeyinidən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından-hər şeydən üstün tutsun. Çünki əks halda bu ideologiya formalaşa bilməz, yad təsirlərə tez məruz qalar,zərbə altına düşər.

Ümummilli liderimiz həmişə azərbaycanlı olmağı ilə fəxr edirdi.Onun bu cümlələrini artıq hamımız qürurla söyləyirik."Mən həmişə fəxr etmişəm,bu gün də fəxr edirəm ki,mən azərbaycanlıyam". Çünki bu hisslər milli vətənpərlik hissləri ilə yoğrulmuşdur.Bu duyğularda milli qürur mayası vardır.Ölkəsinə,xalqına ürəkdən bağlı olmayan insan dövlətçilik ənənələrini,onun dəyərlərini yaşada bilməz. Çünki dövlət dövlətçiliyi möhkəmləndirmək üçün cəmiyyətdən güc alır,cəmiyyətə arxalanır.Heydər Əliyev həmişə nitqində bu fikirləri xüsusilə vurğulayırdı.O qeyd edirdi ki,cəmiyyət insanlardan ibarətdir.İnsanların hər biri vətəndaş olmaq üçün əsl vətən daşı olmalıdır.Çünki o bilirdi ki,əsl vətəndaşlarda milli qürur hissi,vətənpərvərlik gərəklidir.Çünki dövlətçiliyi inkişaf etdirən məhz vətəndaşlardır.O hesab edirdi ki, əgər bir vətəndaş öz dövlətini,xalqını sevmirsə,o ölkədə dövlətçilikdən söhbət belə gedə bilməz.Ümummilli liderimiz milli-mənəvi dəyərlərimizə xüsusi dəyər veən insanlardan ən birincisi idi.O qeyd edirdi ki,milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət,həqiqi xalq ola bilməz.Bəzən bir çoxlarının adi iş kimi baxdığı məsələrə Heydər Əliyev xususi əhəmiyyət verdi. Məsələn, müstəqillik qazanandan sonra kimsə milli ideologiya məsələrinə heç diqqət də yetirmirdi. Ancaq ümummilli liderimiz bu məsələni önə çəkdi və hamıya anlatdı ki, bunsuz inkişafımız mümkün deyil deyil: "Bizim milli ideologiyamızın konsepsiya tarixi keçmişimiz, milli,mədəni, dini ənənələrimiz üzərində qurulmalıdır.

Biz XX əsrdə cürbəcür mərhələlərdən keçdik,ayrı-ayrı ideologiyaların təsiri altında qaldıq. Ona görə lazımdır ki, ümumiyətlə, düşünən beyinlərimiz, ailəmiz və o cümlədən, təhsil sahəsində çalışan müəllim ordusu öz milli ideologiyamızın formalaşması üçün öz fəaliyyətini göstərsin. Bu ideologiyanı qurmaq, yaratmaq, təşkil etmək,eyni zamanda əməli surətdə həyata keçirmək

Bu gün Azərbaycan dünyanın cənnət misalıdır. Heydər Əliyev də bu cənnət diyarın rəşadət, fədakarlıq, mərdlik və məğrurluq timsalıdır. O, Günəş kimi təmənnasız bir şəxsiyyət idi. Onun həyatının mənası Azərbaycan üçün daim yanmaq idi. Respublikamızın mütərəqqi fikirli, təmiz vicdanlı vətəndaşları çox gözəl bilir ki, Azərbaycan elminin, maarifinin, mədəniyyətinin inkişafı, tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır.Danılmaz bir həqiqətdir ki, Heydər Əliyevin həyat prinsipi həmişə ədalət, sülh, əmin - amanlıq, xalqın rifahı Heydər Əliyev varlığının, onun zəkasının, nüfuzunun və dərin təcrübəsinin dövrümüz üçün nə qədər əhəmiyyətli olduğunu əyani şəkildə göstərmişdir. Heydər Əliyev varlığının, onun zəkasının, nüfuzunun və dərin təcrübəsinin dövrümüz üçün nə qədər əhəmiyyətli olduğunu əyani şəkildə göstərmişdir.

Azərbaycanın əsas ilhamverici qüvvəsi Azərbaycan xalqı və azərbaycançılıq ideologiyasıdır.Azərbaycançılıq ideologiyasının şüurlarda,yaddaşlarda yer tutması üçün minillər boyu mədəniyyətimiz çərçivəsində böyük işlər görülüb.Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmışdır.Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox qədim zamanlara gedib çıxır.XX əsrdən artıq xalqımızın mədəni həyatında yeni bir dövr başlanır.Bu ,ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür.Ulu öndər sağlığında həmişə deyərdi:"Hər bir xalq bir çox xüsusiyyətləri ilə tanınır,sayılır və dünya xalqları içərisində fərqlənir.Bu xüsusiyyətlərin ən yüksəyi,ən böyüyü vətənpərvərlikdir,vətənə olan inam və sevgidir".Ulu öndər həmişə milli dövlətçilik dəyərlərinə müsbət münasibət bəsləmişdir.O xalqını sevirdi.Bu dövlətçilik ənənələrini yaşatmaq yalnız sağlam əqidəyə ,sağlam ruha, daxilində ifrat dərəcədə vətənə bağlılığı ola bilən insan həyata keçirə bilərdi.Bu , tarix yazan əbədiyaşar lider şəxsiyyəti ilə hər birimizə örnək olan ümummilli lider Heydər Əliyevdir!

Günel Məmmədova

Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi
Xəbəri paylaş